
Məxfiliyinizə hörmət edirik
Biz sizin aktivliyinizi qeydə almırıq və ya məlumatalrınızı satmırıq.
Günümüzün rəqəmsal dünyasında bir çox tətbiqlər (veb-bələdçi də daxil olmaqla) haqqınızda mümkün qədər çox məlumat toplaya biləcək şəkildə hazırlanıb. İnternetdə nəyə baxmanızdan tutmuş nə ilə maraqlandığınıza qədər hər bir məlumatı toplayırlar, onlar cəsusluq etməyi sevirlər. Sonra bu məlumatları reklamçılara satırlar. Bu məlumatları necə istifadə etmələri alıcının məqsədindən asılıdır, bəlkə onlar sizin müəyyən növ diş məcununu almanızı isətyirlər və ya sizin siyasi görüşlərinizi dəyişmək istəyirlər.
Vivaldidə biz bunları etmirik. Bizim sizin aktivliyinizi izləmək və məlumatlarınızı satmaq kimi bir marağımız yoxdur. Sizin veb-bələdçinizdə nə etməyiniz sizin işinizdir, bizim deyil. Məlumztlarınız ya yerli olaraq cihazınızda saxlanılır ya da şifrələnir, biz heç vaxt onu görmürük.
Vivaldinin nə qədər istifadəçisi olduğunu bilmək, bizə veb-bələdçini inkişaf etdirmək və bu işi davam etdirmək üçün lazımdır. Lakin, biz istifadəçiləri izləmədən onların sayını hesablayan bir sistem yaratmışıq.
Məxfiliyi pozmadan istifadəçi sayını necə hesablayırıq
Hər bir şirkət kimi, bizə də nə qədər istifadəçimiz olduğunu bilməmiz lazımdır (bəli bu bizə işimizi davam etdirmək üçündür). Nə qədər istifadəçimiz olduğunu bilmək üçün Vivaldi quraşdırıldığı zaman bir kimlik yaradır. Bu kimlik bizə, hətta siz veb-bələdçini bir neçə dəfə quraşdırsanız və ya eyni cihazda müxtəlif profildən istifadə etsəniz belə sizi birdən artıq saymadığımıza əmin olmaq üçündür. Kimlik yaradılması yalnız istifadəçilərin sayını hesablamaq üçündür və başqa heç bir məlumatı toplamır. Bu, sizin nə etdiyinizi, hara getdiyinizi və ya veb-bələdçini necə istifadə etdiyinizi izləmir.
Biz İP ünvanlarının sayma sorğusundan aldığımız hissəsini kəsirik. Hər hald bu bizə sizin harada yerləşmənizi xəbər verir ki, bu bizə veb-bələdçini daha yaxşı etmək üçün hansı ölkəyə və ya dilə diqqət yetirməli olduğumuza kömək edir. Lakin, biz istəsək belə konkret bir istifadəçinin kimliyini dəqiqləşdirmirik. Məsələn, əgər siz Parisin 9-cu rayonunda, 455 Rue de Frisky Snail ünvanındasınızsa biz yalnız Fransada bir istifadəçimiz olduğunu biləcəyik.
Biz həmçinin cihazınızın prosessorunun arxitekturası, ekran icazələri və əməliyyat sistemi haqqıda məlumat toplayırıq. Bu bizə Vivaldini istifadəçilərimizin cihazlarına daha yaxşı uyğunlaşdırmağa kömək edir, lakin sizin haqqınızda heç bir şəxsi məlumatı bizə göndərmir.
Bizim hədəfimiz mümkün olduğu qədər şəffaf olmaqdır. Sizin internetdəki davranışlarınız haqqında məlumatları saxlamır və onları üçüncü tərəfə satmırıq. Biz belə işləmirik.
İzləmə əngəlləyicisi nəyimizə lazımdır
Bu funksiya, internetdə gəzinirkən kiminsə sizi bir ov kimi izləməsinin və öz məqsədləri üçün məlumatlarınızı toplamasının qarşısını almaq üçün yaradılıb. İzləyicilər hər yerdədir, onlar milyardlarladır, lakin bizim izləyici əngəlləyicimiz sizə internetdə olduğunuz zaman məxfiliyinizi qorumağa kömək edir.
Əlbəttə elə bir əngəlləyici mövcud deyil ki, bütün izləyiciləri tuta bilsin, buna baxmayaraq biz daimə təkmilləşirik. Əgər siz belə biri ilə qarşılaşsanız bizə bildirin və biz bu problemi həll etməyə çalışacağıq.
Vivaldidə biz, heç bir izləmə olmadan və məxfiliyinizi pozmadan internetdəki fəaliyyətiniz üzərində nəzarəti sizi veririk. Bununla fəxr edən neçə bələdçi var?