Vivaldi iOS-da

Masaüstü tərzi vərəqlər, reklamların əngəllənməsi və cihazlar arasında verilənlərin eyniləşdirməsi ilə internetdə gəzinin.

iPhone və iPad üçün mövcuddur.

Tətbiq mağazasından endirin

Güvlü. Çoxlu çevik daxili funksiyalardan ibarətdir.

Fərdi. Vivaldi bütün tələblərinizə cavab verir.

Məxfi Biz sizi və fəaliyyətlərinizi izləmirik.

Telefonunuzda Vivaldi nə ilə yaxşıdır?

Masaüstü üslubunda vərəqlər

Vərəqlər ilə kompyuterdə olduğu kimi işləyə biləcəksiniz. Bizim vərəq panelimiz masaüstü komputerindəki Vivaldidə olduğu kimi vərəqlər ilə vərdiş etdiyimiz şəkildə işləməyə imkan verir.

Sürətli Yığım

Sürətli keçidlər səhifəsindən birbaşa sevimli veb saytlarınıza daxil olun. Həmçinin Sürətli keçidləri, əlfəcinləri çevik şəkildə dəyişə, işinizi asanlaşdırmaq üçün yeni keçidlər və qovluqlar əlavə edə bilərsiniz.

Qeydlər

Bütün fikirlərinizi, qeydlərinizi və tapşırıq siyahınızı unikal funksiyaya malik Qeydlər ilə bir yerdə saxlayın. Əlavə finksiya kimi: Qeydləri telefon, masaüstü və avtomobilinizdəki Vivaldi ilə eyniləşdirərək qaldığınız yerdən davam.

Oxu siyahısı

Maraqlı hekayəni heç vaxt gözdən qaçırmayın. Bütün oxumaq istədikləriniz oxu siyahısında saxlayın və sonra onları istədiyiniz vaxt oxuyun. Ən yaxşısı isə başqa cihazlarınıza quraşdırılmış Vivaıldi ilə onları eyniləşdirə bilərsiniz.

Axtarış mühəriki qısa yolları

İnternetdə axtarış etmək xoşunuza gəlir? Vivaldinin bənzərsiz funksiyası olan axtarış mühərriki qəsayollarını sorğudan əvvəlki boşluqdan öncə yazmaqla axtarış mühərrikləri arasında seçim edə bilərsiniz.

İzləyiciləri və reklamları əngəlləyin

Vivaldidə demək olar ki, sizə lazım olan hər funksiyanı seçmək imkanınız var. Veb səhifənin görünüşünü reklam və izləyici əngəlləyicisi ilə dəyişə bilərsiniz.

İzləyici əngəlləyicisi sizi hər yerdə izləyərək şəxsi məlumatlarınızı toplayan saytlardakı izləyicilərdən qoruyur. İzləyicilərin əngəllənməsi kifayət qədər qorunma təmin edir, lakin biz əlavə olaraq buna reklam əngəlləyicisi də əlavə etmişik.

“Ola bilsin ki, İnternetin ən yaxşı veb-bələdçisini istifadə etmirsiniz.”

Scott Gilbertson
Senior writer, WIRED

Vivaldini planşetinizdə sınayın

İnternetdə baxış təcrübənizi alətlərlə daha səmərəli etməklə yanaşı bunları etməkdən zövq alın. Vivaldinin funksionallığı daha geniş iPad mobil ekranları və onların istifadəçilərinin rahatlığı üçün hazırlanmışdır.

Bütün cihazlarınız arası eyniləşdirmə

Yaxşı xəbər: Biz hər yerdəyik! Masaüstü, mobil və hətta avtomobillərdə. Elə buna görə də Vivaldi tam baxış tarixçəsini, şifərləri, əlfəcinləri, vərəqləri, qeydləri, oxu siyahısını və başqalarını eyniləşdirməklə bütün cihazlarınızda davamlı işləyir.

Biz verilənlərinizin üçüncü tərəfin əlinə keçməsindən qorunmaq üçün ucdan-uca şifrələmədən istifadə edirik. Həmçinin məlumatlarınızı İslandiyadakı yerli serverlərdə saxlayırıq. Burada onlar ciddi məxfilik qanunları ilə qorunur.

Məxfilik və Təhlükəsizlik

Bizi seçən hər kəsə hörmətlə yanaşırıq. Buna görə də biz sizin profilinizi yaratmır, sizin fəaliyyətlərinizi izləmir və məlumatlarınızı satmırıq. Daxil olduğunuz saytlar, orada nə yazdıqlarınız, nə endirdikləriniz haqqında məlumatların heç birinə girişimiz yoxdur. Bu məlumatlar sizin yerli kompyuterinizdə və ya şifrələnmiş şəkildə qalır.

Biz həmçinin bütün internetdə sizi izləməyə cəhd edən reklamları və izləyiciləri əngəlləməyə çalışırıq. Nəticədə sizin şəxsi məlumatlarınızın təhlükəsiz qalır və kiminsə məlumatlarınızı oğurlamaqla baxış tarixçənizə baxmasından və sizi izləməsindən narahat olmadan internetddə daha rahat gəzinə bilərsiniz.

Vivaldini əsas veb-bələdçi kimi təyin edin

Safari-də ilişib qaldınız? iPhone və iPad-da Vivaldini əsas veb-bələdçi kimi təyin edin və internetdən əvvəllər heç vaxt olmadığı kimi istifadə etməyi sınayın. Müştərilərinə ön sıraya qoyan müstəqil texniki şirkət naminə texnoloji nəhənglərdən imtina etməklə fəxr edin.

Vivaldi haqqında

Vivaldi, sizin tələblərinizə uyğunlaşan güclü, fərdi və məxfi bir veb-bələdçidir.

Çevik və tam fərdiləşdirilə bilən veb-bələdçi ilə o, istənilən cihazda ən yaxşı İnternet təcrübəsini təqdim etməyə çalışır və hazırda Windows, Mac, Linux, Raspberry Pi, iOS, Android və Android Automotive kimi platformaları əhatə edir.

Vİvaldinin başlıca missiyası daha çox faydalı və çoxfunksiyalı veb-bələdçi olmaqla bərabər iki qaydanı əsas tutur: ilk olaraq məxfiliyiniz qorunur və hər şey sizin seçiminizə uyğunlaşdırılır. Əslində bu o demıkdir ki, faydalı proqram təminatı sizin məxfiliyiniz qorumaqla bərabər, həm də onu necə istifadə etdiyinizi izləmir. Biz hesab edirik ki, məxfi və təhlükəsiz proqram təminatı bir qayda olmalıdır, istisna deyil.