Vivaldidən pulsuz arkad oyunları seriyası.

Vivaldini endirin

Vivaldia 1 oyunu yalnız Vivaldi veb-bələdçisində əlçatandır.

Vivaldia 2 oynayın

Vivaldia 2 həmçinin Steam platformasında əlçatandır.

Vivaldia game video

Hər şey yaxşı idi, lakin, birdən…

Vivaldiya ayıldı və gördü ki, onun sakit şəhəri hər kəsin kimliyini oğurlamaq və onları rəqəmlərə çevirmək istəyən, böyük qəzəbli maşınlar tərəfindən ələ keçirilib. Əgər insanlar müqavimət göstərməsələr onları qaranlıq gələcək gözləyir.

Çətinlikləri dəf edən Vivaldiya daha güclü olur və düşmənə qalib gəlir. O, şəhər sakinlərinin xilası üçün mübarizə aparır.

Özünün CyclePunk adlı kibernetik nindza tək təkərli arabasına minərək böyük qəzəbli maşınlardan yan keçir və onları üstələyir. Bəzən qələbə mümkün görünmür, lakin, Vivaldiya qorxmazlığı və mərdliyi sayəsində qələbə qazana bilir. Şər üzərində qələbə əldə edilir və insanlar öz şəhərinə və gələcəyinə geri qayıda bilirlər. Bununla da Vivaldiya insanların ürəyini fəth edir.

Vivaldini endirin
Vivaldia game video

Hekayə davam edir…

Vivaldia İtirilmiş Vadiyə keçir, harada ki, şər ilə mübarizəsiniz davam etdirməlidir. Robotlar və tarix öncəsi dinozavrlarla üzləşərək həyəcanlı bir macəraya başlayan Vivaldia bu dəfə bədxah hakim robotların pəncəsində yeni dünyanı xilas etməlidir.

Amansız robot düşmənlərə qarşı mübarizə aparan, sıx və təhlükəli cəngəlliklərdən, yandırıcı lavalı sahələrindən və bataqlıqlardan keçən Vivaldia deyəsən yenidən çox çətin bir tapşırıqla üzləşir.

Yerin taleyi onun əlindədir - Vivaldia bunun öhdəsindən gələ biləcəkmi?

Vivaldia 2 oynayın

Vivaldia görünüş mövzusunu endirin

Oyunlar üçün ən yaxşı veb-bələdçi

Vivaldi, bir müasir veb-bələdçidən gözlənilən bütün funksiyalar ilə hazırlansa da onda əlavə olaraq onu daha asan, sürətli və əyləncəli şəkildə istifadə edə bilmək üçün çoxlu daxili alətlər var.

Vivaldini endirin
Daha ətraflı

Tərtibatçılarla tanış olun

Vivaldi İslandiyanın Reykyavik şəhərindən Porcelain Fortress oyun tərtibatçısı şirkəti ilə əməkdaşlıq etməkdən məmnundur. Porcelain Fortress keçmiş illərin arkada və konsol oyunlarından ilham alır. Sabahın texnologiyası ilə bu irsin yeni, həyacanverici, maraqlı təəsuratlarını yaradırlar.

Porcelain Fortress komandası 80-90-cı illərin parlaq onilliklərində doğulub böyüyüb və biz hamımız o dövrlərin pikselli sehri üçün kollektiv nostalji hisslərini bölüşürük. İlk Vivaldia oyunu Pitfall və Jungle Hunt kimi Atari oyunlarından ilham aldı, lakin davamı üçün biz DOS Shareware oyunlarına və gəncliyimizdə oynadığımız köhnə Sega və Nintendo konsol oyunlarına bir ithaf kimi yaratma istədik.

Vivaldi haqqında

Vivaldi, sizin tələblərinizə uyğunlaşan güclü, fərdi və məxfi bir veb-bələdçidir.

Çevik və tam fərdiləşdirilə bilən veb-bələdçi ilə o, istənilən cihazda ən yaxşı İnternet təcrübəsini təqdim etməyə çalışır və hazırda Windows, Mac, Linux, Raspberry Pi, iOS, Android və Android Automotive kimi platformaları əhatə edir.

Vİvaldinin başlıca missiyası daha çox faydalı və çoxfunksiyalı veb-bələdçi olmaqla bərabər iki qaydanı əsas tutur: ilk olaraq məxfiliyiniz qorunur və hər şey sizin seçiminizə uyğunlaşdırılır. Əslində bu o demıkdir ki, faydalı proqram təminatı sizin məxfiliyiniz qorumaqla bərabər, həm də onu necə istifadə etdiyinizi izləmir. Biz hesab edirik ki, məxfi və təhlükəsiz proqram təminatı bir qayda olmalıdır, istisna deyil.